Xəbərlər

Sənayenin qeyri-neft sahələrində istehsalı 5,6 faiz artıb
17 fevral, 2014 13:53

Yanvar ayında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 2,8 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

ERtv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, sənaye məhsulunun 72,7 faizi mədənçıxarma bölməsində istehsal olunub.

Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 19,7 faizini təşkil edib, qida, toxuculuq, geyim, ağac emalı və ağacdan məmulatların, kimya, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox artım müşahidə edilib.

İstehsal edilmiş sənaye məhsulunun 7,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi ötən ilin yanvar ayının səviyyəsini 5,6 faiz üstələyib, neft-qaz sektorunda isə 5,2 faiz azalıb.

Ümumi sənaye istehsalının 93,9 faizi malların (əmtəələrin), 6,1 faizi isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 81,9 faizi özəl bölmədə istehsal olunub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.