Xəbərlər

II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq Makedoniya prezidenti ilə müzakirə olunub
14 fevral, 2014 12:12

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun birgə təşəbbüsü əsasında keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq prosesi ilə bağlı Makedoniyanın paytaxtı Skopya şəhərində müzakirələr aparılıb.

ERtv-yə Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Makedoniya prezidenti George İvanov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndəsini qəbul edərək, ətraflı fikir mübadiləsi aparıb.

Prezident George İvanov Azərbaycanla inkişaf edən əməkdaşlığın Makedoniya üçün əhəmiyyətini vurğulayaraq bildirib ki, Bakıda dünyanı narahat edən problemlərin müzakirə olunduğu bir mərkəzin yaradılması və burada bu qədər nüfuzlu şəxsiyyətlərinin toplanaraq şərqlə qərb arasında itirilmiş sivilizasiyalararası dialoqun, körpünün qurulmasını təmin etməsi təqdirəlayiqdir.

Müzakirələr zamanı Nizami Gəncəvinin bəşəri dəyərlərinə söykənən ideyalar əsasında yaranmış mərkəzin fəaliyyətinin Makedoniyada da aktivləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Tərəflər 2014-ci il ərzində Skopyada bir sıra tədbirlərin keçirilməsi barədə razılığa gəliblər. Makedoniya prezidenti II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak üçün dəvəti, eləcə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birgə Balkan, Yaxın Şərq və Cənubi Qafqazdan başlayan mədəni əlaqələrin gücləndirilməsi istiqamətində əməkdaşlığın qurulmasını müsbət qarşılayıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.