Neftçala rayonunda ötən gün evdən çıxan taksi sürücüsünün avtomobili yandırılıb. Lakin onun cəsədi tapılmayıb.
Yaxınlarına istinadən ERtv-nin bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib.
Belə ki, Yuxarı Qaraymanlı kənd sakini, taksi sürücüsü olan 50 yaşlı Kamal Ədalət oğlu Rüstəmov naməlum şəxslər tərəfindən çağırılıb. K.Rüstəmov həmin gün axşam geri dönməyib.
Səhər saatlarında isə onun idarə etdiyi “Jiquli” markalı avtomobil qonşu Pirəbbə kəndində yanmış halda tapılıb. Avtomobilin yanında onun ayaqqabısı da aşkar edilib.
Lakin yanmış avtomobilə polis tərəfindən baxış keçirilərkən hər hansı cəsəd aşkar edilməyib.
Faktla bağlı Neftçala rayon polis şöbəsində araşdırma və axtarışlar davam etdirilir.