Facebook sosial şəbəkəsinin amerikalı istifadəçiləri indi öz cinslərini 50 variantda seçə biləcəklər: beləliklə, cinsin “qadın” və “kişi” variantlarına “bigender”, “transseksual”, “androqin” və bir çox başqaları əlavə olunacaq.
Bundan əlavə, sosial şəbəkə iştirakçıları “səhifənin idarə olunması” bölməsində xəbər lentində xatırladılması üçün əvəzliklərdən birini seçə biləcəklər: onu/ona (kişi cinsində), onu\ona (qadın cinsində), onlara\onları.
İnternet nəhəngi LQBT fəalları ilə birgə bütün ad variantlarını işləyib hazırlayıblar.
Eyni zamanda, Facebook dünya üzrə milyarddan çox istifadəçisinə öz cinsi mənsubluğunu gizli saxlamaq imkanı da verir. Hazırda 50 gender variantının sosial şəbəkənin ABŞ-dan kənarda qeydiyyatdan keçən iştirakçılarının ixtiyarına nə zaman veriləcəyi məlum deyil.