Xəbərlər

Salyanda zəncirvari qəza: yaralananlar var
11 fevral, 2014 11:46

Hadisə zamanı 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Salyan rayonunda 5 maşının toqquşması nəticəsində zəncirvari qəza baş verib.

BDYPİ-dən ERtv-nin bölgə müxbirinə verilən məlumata görə, yol qəza hadisəsi bu gün saat təxminən 15-30 radələrində Ələt-Astara magistral yolunun 56-cı kilometrliyində Salyan rayonunun PMK-9 adlanan yaşayış massivi ərazisində qeydə alınıb.

Belə ki, Salyanın Şorsulu kəınd sakini, 19 yaşlı Tamerlan Ağasəf oğlu Süleymanlı idarə etdiyi “Hundai” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən Noxudlu kəndinə dönmək istəyən Sabirabad sakini Rövşən Behbud oğlu Quliyevin idarə etdiyi “Vaz-21015” markalı maşınını arxadan vurub.

Sonra “Vaz-21015” markalı maşın Masallı sakini Abbasəli Habil oğlu Aslanovun idarə etdiyi “Mersedesə”markalı avtomobilinə çırpıliıb. Zəncirvari qəza nəticəsində “Vaz-21011” və digər “Vaz-21015” markalı avtomobillər də əzilib. “Hundai” markalı maşın isə yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Zərbə güclü olduğundan elektrik dirəyi sınaraq yerə aşıb. Qəza nəticəsində 5 maşının hər biri ciddi zədələnərək yararsız hala düşüb. 2 nəfər sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan”Hundai” markalı maşının sürücüsü Tamerlan Süleymanlı və digər “Vaz-21015” sürücüsü, Cəlilabad sakini Elçin Nəbi oğlu Əliyev dərhal Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.