Xəbərlər

Aktyor Möhsün Sənaninin vəfatından 33 il ötür
11 fevral, 2014 11:44

Bu gün tanınmış aktyor Möhsün Sənaninin vəfatından 33 il keçir.

ERtv xəbər verir ki, Möhsün Sadıq oğlu Sənani (Cəfərov) 1900-cü il iyunun 19-da Tiflisin Şeytanbazar məhəlləsində anadan olub.

O, valideynlərini çox erkən itirib və nənəsinin himayəsinə keçib. 1906-cı ildən mədrəsədə təhsil almağa başlayıb. 1908-ci ildə nənəsi də dünyasını dəyişib və xalası Zinyətin evinə gəlib.

Xalq artisti Əli Qurbanovun anası olan Zinyət xanım da çox kasıb dolandığından Möhsün 1909-cu ildən Şeytanbazarda gündəlik çörəkpulu qazanmaq üçün müxtəlif buyruqlara gedir, hər cür ağır işin qulpundan yapışırdı.

Şirin və məlahətli səsi olan Möhsün Sənani 1911-ci ildə Məhərrəmlik ayında göstərilən şəbih tamaşalarında “Qasım otağı” epizodunda çıxış edib. “Hicaz” muğamı üstündə oxuduğu mərsiyə-qəsidənin xoş sədası məhəlləyə yayılıb. Tiflis şəhərində azərbaycanlıların həvəskar teatr truppasının məşhur aktyoru Mirzəxan Quliyev onu şagird və yeniyetmələrin dram dərnəyinə dəvət edib.

1914-cü ilin axırlarında aktyorluğa ciddi maraq göstərən Möhsün Sənani taleyini ömürlük səhnə sənətinə bağlayıb. Səhnə fəaliyyətinə 1915-ci ildə Tiflis Müsəlman Teatr truppasında başlayıb.

1915-1919-cu illər arasında Tiflisdə azərbaycanlı teatr həvəskarlarının oynadıqları tamaşalarda iştirak edən Möhsün Sənani 1919-cu ildə Bakıya gəlib. Bir müddət həvəskar aktyor kimi çıxış edib və sonra dövlət teatrının truppasına qəbul olunub. 1921-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində bir sıra komik, dramatik obrazlar yaradıb. Möhsün Sənani Milli Dram Teatrında işləməklə yanaşı, 1927-1930-cu illərdə Bakı Türk İşçi Teatrında hazırlanan bir sıra tamaşalarda da oynayıb.

Klassik aktyor məktəbinin əvəzsiz ifaçısı Möhsün Sənani geniş diapazonlu rolların ifaçısı kimi tanınıb. Gur səsə, coşqun temperamentə malik sənətkarın yaratdığı obrazlar emosionallığı ilə diqqəti cəlb edib. Qumuq teatrının yaranmasında mühüm xidməti var. Laert (Hamlet, V.Şekspir), Kassiol (Otello, V.Şekspir), Serqo (Şeyx Sənan, H.Cavid), Mixaylo (Uzaq sahillərdə, H.Seyidbəyli və İ.Qasımov), Sadiq (Xoşbəxtlər, S.Rəhman), Həsənağa (Göz həkimi, İ.Səfərli) kimi rolların ifaçısı olub.

Kino sahəsində isə “Bəxtiyar” (film, 1942), “Bir məhəllədən iki nəfər” (film, 1957), “Bismillah” (film, 1925), “Bizim küçə” (film, 1961), “Dağlarda döyüş” (film, 1967), “Fətəli xan” (film, 1947) və digər filmlərdə rol alıb.

Möhsün Sənani Rusiya istehsalı olan “Ulduz” filmində (“Звезда”, rejissor: Aleksandr İvanov, Lenfilm, 1949) də çəkilib. Əməkdar artist (1943), Xalq artisti (1949) Möhsün Sənani 11 fevral 1981-ci ildə vəfat edib.

Qeyd edək ki, Möhsün Sənani aktyor Əli Qurbanovun xalası oğlu, diktor Valid Sənaninin atasıdır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.