Xəbərlər

Fərqanə Qasımovanın “Yalnız ona doğru” adlı ilk diskinin təqdimatı olub
12 fevral, 2014 14:36

Əməkdar artist Fərqanə Qasımovanın “Yalnız ona doğru” adlı diskinin təqdimatı keçirilib.

ERtv xəbər verir ki, tədbirdə Bəstəkarlar Birliyinin sədri, xalq artisti Firəngiz Əlizadə, professor, xalq artisti Siyavuş Kərimi, xalq yazıçısı Anar, əməkdar incəsənət xadimi Əbdül Mahmudov, bəstəkar Nailə Mirməmmədli, şoumen Murad Dadaşov, xalq artisti Ağaxan Abdullayev və başqa mədəniyyət, ədəbiyyat və incəsənət nümayəndələri iştirak edib.

Gecənin aparıcısı Nərgiz Cəlilova olub. Aparıcı mərasim iştirakçılarını salamlayıb. Bildirib ki, albomda xanəndənin iki il ərzində ifa etdiyi musiqi nümunələri yer alıb.

Daha sonra isə xalq artisti Alim Qasımov çıxış edib. Fərqanənin yeni solo albomunun yüksək səviyyədə hazırlandığını diqqətə çatdıraraq, ifalardan razı qaldığını dilə gətirib.

Xalq artisti Siyavuş Kərimi Fərqanə Qasımovanın sənəti, ifaçılıq məharəti haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Daha sonra söz alan Fərqanə Qasımova bildirib ki, “Yalnız ona doğru” albomunda 11 mahnı yer alıb:

“Onlardan ikisi ustadım və atam Alim Qasımovla duetdir. Alboma Cahangir Cahangirovun, Oqtay Kazımovun, Ramiz Mirişlinin mahnıları ilə yanaşı, Alim Qasımovun müəllifi olduğu bir, mənim müəllifim olduğum iki bəstə daxildir”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.