Xəbərlər

IDEA kampaniyası cəmiyyəti hər kağızı bir yarpağa dəyişməyə çağırır
12 fevral, 2014 14:35

IDEA İctimai Birliyi, “ASAN xidmət” və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə “Hər kağızı bir yarpağa dəyişək” müştərək layihəsi davam edir.

ERtv-nin məlumatına görə, layihə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin təşəbbüsü ilə baş tutub.

Layihə çərçivəsində 13 fevral tarixindən etibarən hər gün saat 15:00-dan 18:00-a qədər Bakıda fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin hər birində kütləvi aksiya keçiriləcək.

Keçirilən aksiyada dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və özəl müəssisələrin iştirakı ilə kütləvi şəkildə kağız tullantılarının adı çəkilən mərkəzlərdə toplanılması baş tutacaq.

Qeyd edək ki, aksiyada sadə vətəndaşların iştirakı da nəzərdə tutulub. Beləliklə, “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə mütəmadi qaydada istifadə olunmuş kağız və kağız məhsulları təhvil vermək mümkün olacaq. Təhvil verilmiş hər 50 kq kağız tullantısı qarşılığında isə 1 ağacın əkilməsi planlaşdırılır.

Onu da qeyd edək ki, aksiyanı işıqlandırmağa gələn KİV nümayəndələri aksiyada iştirak məqsədi ilə tullantı kağızları “ASAN xidmət” mərkəzlərinə təhvil verməklə eyni zamanda aksiyada birbaşa iştirakçı ola bilərlər.  

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.