ABŞ hakimiyyəti heç bir ölkə ilə casusluqdan imtina haqqında saziş imzalamayıb.
ERtv “Associated Press”ə istinadən xəbər verir ki, müvafiq bəyanatla ABŞ prezidenti Barak Obama fransalı həmkarı Fransua Olland ilə görüşü zamanı çıxış edib.
Obamanın sözlərinə görə, Amerikanın kəşfiyyat xidmətləri terrorçuluqla mübarizə üçün informasiya toplayırlar, lakin ABŞ bununla yanaşı şəxsi həyatın toxunulmazlıq hüququna da hörmətlə yanaşır”.
Olland öz növbəsində qeyd edib ki, Amerika və Fransa tərəfi ABŞ-ın Avropada casusluğuna dair “məsələyə aydınlıq gətirib” və “qarşılıqlı etimadı bərpa ediblər”.
Amerikanın xüsusi xidmət orqanlarının casusluq fəaliyyəti ilə bağlı qalmaqal Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı Edvard Snoudenin açıqlamalarından sonra yaranıb.