Soçidə Azərbaycanla Ukrayna arasında idman və Olimpiya hərəkatı haqda əməkdaşlıq haqqında müqavilə imzalanıb
09 fevral, 2014 11:17
Fevralın 8-də Soçidə Azərbaycan ilə Ukrayna arasında idman və Olimpiya hərəkatı sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb.
ERtv “AzərTAc”a istinadən verdiyi xəbərə görə, müqaviləni Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Ukraynanın gənclər və idman naziri Ravil Safiullin imzalayıblar.
Müqavilədə iki ölkə arasında idman və Olimpiya hərəkatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, idmançıların Azərbaycanda və Ukraynada təlim-məşq toplanışlarının keçirilməsi və digər məsələlər nəzərdə tutulur.