Rusiyada kilsədə atışma baş verib
09 fevral, 2014 11:09
Rusiyanın Yujno-Saxalinsk vilayətində kilsədə atışma baş verib.
ERtv RİA-Novosti-yə istinadən xəbər verir ki, hələlik naməlum səbəblərdən bir nəfər kilsəyə bazar ayininə gələnlərə atəş açıb. Nəticədə biri rahib, digəri isə ziyarətçi olmaqla 2 nəfər ölüb, 6 nəfər də yaralanıb.
Hüquq-mühafizə orqanları artıq atəş açanın şəxsiyyətini müəyyənləşdiriblər. Bu, yerli özəl mühafizə şirkətlərindən birində mühafizəçi işləyən 1989-cu il təvəllüdlü yerli sakindir. Saxlanılan şəxsin barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi və onun psixoloji ekspertizadan keçiriləcəyi gözlənilir.
Kilsədə atışma ilə əlaqədar «iki və daha artıq adamın ölümünə səbəb olma» maddəsi ilə cinayət işi açılıb.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı