Azərbaycanda Kolumbiya səfirliyi fəaliyyətə başlayıb
10 fevral, 2014 13:37
Azərbaycanda Kolumbiya Respublikasının səfirliyi fəaliyyətə başlayıb.
ERtv XİN-in rəsmi saytına istinadən xəbər verir ki, səfirliyin müvəqqəti işlər vəkili Assad Jose Gater Xarici İşlər Nazirliyində qəbul edilib.
Görüşdə Azərbaycan ilə Kolumbiya arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub və səfirliyin açılmasının iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyi qeyd olunub.