Xəbərlər

Yenidən Türkiyəyə gedən Rafiq Hüseynov terapiya kursu keçəcək
10 fevral, 2014 13:34

Türkiyədə əməliyyat olunan Azərbaycanın tanınmış diktoru, xalq artisti Rafiq Hüseynov kimyəvi müalicə prosesi üçün qardaş ölkəyə yollanıb.

R.Hüseynov ERtv-yə açıqlamasında bildirib ki, bir müddət öncə kimyəvi müalicə prosesini Bakıda keçəcəyini demişdi.

Amma sonradan fikrini dəyişib:

“Hazırda babatam, özümü yaxşı hiss edirəm. İndi Türkiyədəyəm, sabahdan kimyəvi müalicə prosesimə başlanılacaq. Düzdür, əvvəlcə Bakıda kimyəvi müalicə keçmək istəyirdim. Amma sonradan belə qənaətə gəldim ki, əməliyyat olunduğum xəstəxanada da bu prosesi keçim. Gəldim, həkimim məni müayinə etdi. Vəziyyətim qənaətbəxşdir”.

R.Hüseynov səsinin açıldığını deyib. Əlavə edib ki, kimyəvi proses iki gün davam edəcək:

“Sonra isə hər üç həftədən bir Türkiyəyə gələcəyəm, ikigünlük terapiya kursu keçəcəyəm. Bu proses 4-5 dəfə təkrarlanacaq”.

Qeyd edək ki, bir müddət öncə tibbi müayinə zamanı Rafiq Hüseynovun ağciyərində şiş aşkarlanmışdı. O, 2013-cü il dekabrın 10-da Türkiyədə əməliyyat olunub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.