Bu gündən Azərbaycanda havanın temperaturu yüksələcək
10 fevral, 2014 13:33
Bu gündən Bakıda havanın temperaturu ötən günlərlə müqayisədə yüksələcək.
Bu barədə ERtv-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi, lakin səhər saatlarında bəzi yerlərdə az yağış yağacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gündüz 7-9 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə bu gün hava gündüz əsasən yağmursuz keçəcək.
Havanın temperaturu Aran rayonlarında gündüz 6 -10 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 1-6 dərəcə isti olacaq.