Rusiyada CNN-nin yayımı qadağan oluna bilər
07 fevral, 2014 20:59
Rusiya Federasiya Şurasının üzvü İqor Morozov ölkə ərazisində CNN telekanalının yayımının qadağan olunmasını təklif edib.
ERtv RİA Novosti-yə istinadən xəbər verir ki, CNN efirinin Rusiyanın kabel operatorları tərəfindən yayımının müvəqqəti olaraq qadağan olunmasını senator “zəruri səciyyəvi tədbir” adlandırıb.
Morozovun fikrincə, yayımın məhdudlaşdırılması kanalın Brest qalası müdafiəçiləri abidəsinin “dünyanın ən eybəcər abidələri” siyahısına aid edilməsi qərarının nə dərəcədə səhv bir addım olduğunu dərk etməsinə kömək olardı.
“Bu, CNN və digər KİV-in öz həddini bilməsi və hansı qiymətləndirmənin ictimaiyyətə çatdırılıb-çatdırılmamasını anlamaları üçün lazımdır”, - deyə senator bildirib.