Putin qəzəblənmiş yırtıcını sakitləşdirdi
05 fevral, 2014 12:59
Rusiya prezidenti Vladimir Putin Soçidə bəbirlərin inkişafı mərkəzinə baş çəkib.
Burada o, jurnalistlərin əlindən qəzəblənən altı aylıq bəbiri sakitləşdirmək üçün onun qəfəsinə daxil olub.
ERtv TSN internet telekanalına istinadən xəbər verir ki, ziyarət zamanı Qrom adlı pişik adamların çox olması və fotoaparatların işıqlarından əsəbiləşməyə başlayıb.
Səs-küydən qəzəblənən yırtıcı hətta jurnalistlərə hücum edib. Qromu yalnız Putin sakitləşdirə bilib. O, qəfəsə daxil olaraq bəbiri əzizləməyə başlayıb.
Jurnalistlərin “siz ona nə etdiz sualına?” prezident zarafatyana belə cavab verib: “Bəbirdən soruşun”.