Şotlandiya parlamenti eynicinsli nikahları qanuniləşdirdi
05 fevral, 2014 12:58
Şotlandiya parlamenti eynicinsli nikahların qanuniləşdirilməsi barədə qanun qəbul edib.
ERtv RİA Novosti-yə istinadən xəbər verir ki, homoseksualların ilk nikahı artıq 2014-cü ilin oktyabrında baş tuta bilər.
Qanun parlamentdə 105 səs lehinə, 18 səs əleyhinə olmaqla qəbul edilib. Şotlandiya hökuməti öz növbəsində qərarı alqışlayıb, lakin ölkənin iki iri kilsəsi qanunun əleyhinə çıxıb.
Hazırda sözügedən qanun İngiltərə və Uelsdə fəaliyyət göstərir. Britaniyanın bu qanunun olmadığı yeganə hissəsi Şimali İrlandiyadır.