Xəbərlər

Azərbaycanda elektrik enerjisinin topdansatış və pərakəndə satış bazarları təşkil olunacaq
05 fevral, 2014 12:56

Azərbaycanda elektrik enerjisinin topdansatış və pərakəndə satış bazarlarının təşkili nəzərdə tutulur.

ERtv xəbər verir ki, bu barədə energetika naziri Natiq Əliyevin “Azərbaycan” qəzetindəki məqaləsində qeyd edilib.

Nazir məqaləsində bildirib ki, bu yanacaq energetika sahəsində yeni qanun layihələrində nəzərdə tutulur.

Onun qeyd etdiyinə görə, bu qanun layihələrində qaz və elektroenergetika bazarlarında hazırda qüvvədə olan qanunvericiliyə nisbətən fərqli iqtisadi və texnoloji münasibətlərin tətbiqi qeyd olunub:

“Burada qazın və elektrik enerjisinin istehsalının, ötürülməsinin və paylanmasının bir-birindən müstəqil olan təsərrüfat subyektləri tərəfindən həyata keçirilməsi də nəzərdə tutulub”.

O qeyd edib ki, yanacaq-enerji kompleksinin inkişafına ciddi təsir göstərən problemlərdən biri qanunvericilikdə boşluqların olmasıdır.

Nazirin qeydinə görə, sözügedən sahə üzrə dövlət strategiyasının hazırlanması və həyata keçirilməsini təmin etmək üçün Energetika Nazirliyində “Enerji sahəsində islahatlara dəstək proqramının həyata keçirilməsinə dəstək” layihəsinin tərkib hissəsi olan “Enerji sektorunun hərtərəfli və kompleks inkişaf” strategiyası hazırlanır:

“Avropa İttifaqının Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində həyata keçirilən “Azərbaycanın enerji sektorunda hüquqi yanaşma və struktur islahatları” tvinninq layihəsi çərçivəsində “Elektroenergetika haqqında” və “Qaz təchizatı haqqında” qanunların layihələri, eyni zamanda Elektrik Şəbəkələri və Qaz Şəbəkələri məcəllələrinin layihələri isə artıq hazırdır”.

Onun bildirdiyinə görə, həmçinin energetika üzrə bir neçə qanun layihəsinin son variantı  işlənib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.