Xəbərlər

Xalq artisti Tarıyel Qasımovun doğum günüdür
04 fevral, 2014 10:55

Bu gün Azərbaycan teatr və kino aktyoru, xalq artisti Tarıyel Qasımovun doğum günüdür.

ERtv xəbər verir ki, Tariyel İsgəndər oğlu Qasımov 1939-cu il fevralın 4-də Ağstafanın Köçəsgər kəndində anadan olub. 1956-cı ildə Bədən Tərbiyəsi İnstitutuna qəbul olunub.

Bədən Tərbiyəsi İnstitutunda təhsil aldığı zaman Lütfi Məmmədbəyovun dram dərnəyinə getməyə başlayıb. İkinci kurs tələbəsi ikən Gənc Tamaşaçılar Teatrında tamaşada rol alıb. Teatr müdriyyətinin məktubu ilə 1960-cı ildə köçürülmə yolu ilə sənədlərini Teatr İnstitutuna verib.

Kino və dram aktyorluğu fakültəsinə - Rza Təhmasibin kursuna qəbul olunub. Üçüncü kursda ikən Dram Teatrına işə qəbul olunub. Məzun olduqdan sonra (1964) Gənc Tamaşaçılar Teatrını seçib. 2 il burada işlədikdən sonra Naxçıvan Dövlət Musiqli Dram Teatrına dəvət olunub. 1967-ci ildə İrəvanda yenidən açılan Azərbaycan Teatrının ilk aktyorlarından olub. 1968-ci ildə yenə də Bakıya qayıdıb, kinostudiyada rejissor assistenti kimi işləyib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrına qayıdıb. 1997-ci ildən Qazax Dövlət Dram Teatrına bədii rəhbər və direktor göndərilib.

Hazırda Gənc Tamaşaçılar Teatrında çalışır. Azərbaycanfilmdən başqa Türkmənfilm, Tacikfilm, Özbəkfilm, Mosfilm, DEFA (Almaniya) studiyalarında filmlərə çəkilib.

“Ad günü”, “Axırıncı aşırım”, “Babək”, “Bir ovuc torpaq”, “Bizim küçənin oğlanları”, “Çilidə Gecə”, “Dağ Meşəsindən Keçərkən...”, “Dairə”, “Dədə Qorqud”, “Doğma sahillər”, “Əlvida, yaşıl yay”, “Gənclik macərası”, “Gilas ağacı”, “Həyat, sən kiminsən?”, “Həyatın mənası”, “Hökm”, “Hörmətli alim yoldaşlar”, “Xüsusi vəziyyət”, “İstintaq” və başqa filmlərdə rol alıb.

T.Qasımov 1979-cu ildə əməkdar, 1991-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.