Fransa sərhədindən bir milyon avronu gizli keçirmək istəyən şəxs həbs edildi
04 fevral, 2014 10:53
Polşa vətəndaşı bir milyon avronu Fransa sərhədindən gizli yolla keçirməyə cəhd göstərib.
ERtv-nin verdiyi xəbərə görə, Fransa gömrük xidmətinin əməkdaşları ölkənin Ot-Reyn departamentinin Şalampe keçid məntəqəsində İspaniyadan Polşaya gedən avtobusa baxış keçiriblər.
Axtarış zamanı avtobusda olan Polşa vətəndaşının gizlətdiyi bir milyon avro aşkar edilib.
Özünü iş admı kimi qələmə verən polyak ilkin dindirmə zamanı pulların ona məxsus malların İspaniyada satışından əldə etdiyini bildirib.
Tutarlı dəlillər olmadığından, gömrük xidmətinin əməkdaşları polyakı həbs edib və onun barəsində cinayət işi başlanıb.