Xəbərlər

Ermənistanda Azərbaycana casusluqda şübhəli bilinən polkovnik saxlanılıb
05 fevral, 2014 13:06

Ermənistan polisinin keçmiş əməkdaşı, polis polkovniki Xaçik Martirosyan Azərbaycanın xeyrinə casusluq cəhdində şübhəli bilinərək saxlanılıb.

ERtv  “Armenia Today”a istinadən xəbər verir ki, bu barədə düşmən ölkənin Milli Təhlükəsizlik Xidmətinin (MTX) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, MTX əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 31-də Ermənistan polisinin sabiq əməkdaşı, polis polkovniki, İrəvan sakini Xaçik Martirosyan (1953-cü il təvəllüdlü) saxlanılıb.

MTX-də olan dəlillərə görə, Martirosyan maliyyə yardımı almaq məqsədi ilə 2013-cü ilin avqustunda şəxsi təşəbbüsü ilə Azərbaycanın Gürcüstandakı səfirliyinə müraciət edərək Azərbaycan xüsusi xidmət orqanları ilə əlaqə yaradıb və onlara öz xidmətini təklif edib.

Martirosyan Azərbaycan xüsusi-xidmət orqanlarından hərbi xarakterli məlumatlar əldə etmək tapşırığı alıb və bu istiqamətdə müəyyən addımlar atıb.

Erməni polkovnik əldə etdiyi informasiyaları Azərbaycana ötürmək istərkən, MTX əməkdaşları tərəfindən onun bu addımının qarşısı alınıb.

Hazırda MTX-nın İstintaq İdarəsində Martirosyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 299-cu maddəsinin 1-ci bəndi üzrə cinayət işi qaldırılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.