Millimizin futbolçusu Türkiyə Superliqasında
05 fevral, 2014 13:03
Əli Gökdəmir “Elazığspor” klubuna keçdi.
ERtv Türkiyə mətbuatına istinadən xəbər verir ki, millimizin və Almaniyanın “Hannover 96” klubunun müdafiəçisi Əli Gökdəmir karyerasını Türkiyədə davam etdirəcək.
22 yaşlı futbolçu bu sezonun sonuna qədər “Elazığspor” klubunda icarə əsasında çıxış edəcək.
Keçid üçün almanlara 150 min avro ödənildiyi bildirilir.
Qeyd edək ki, Ə.Gökdəmir millimizin heyətində 10 dəfə forma geyinib.