Xəbərlər

Dahi bəstəkar Qara Qarayevin doğum günüdür
05 fevral, 2014 13:02

Bu gün dahi bəstəkar, SSRİ xalq artisti, Dövlət Mükafatları laureatı Qara Qarayevin doğum günüdür.

ERtv xəbər verir ki, Qara Əbülfəz oğlu Qarayev 1918-ci il fevralın 5-də Bakıda məşhur həkim-pediatr Əbülfəz Qarayevin və Sona İskəndər qızının ailəsində doğulub.

Qara Qarayev nəslində özünü musiqi sənətinə həsr eləmiş ilk adamdır.

Ata tərəfi Abşeronun Fatmayi kəndindən, ana babası İskəndər bəy Axundov isə Şamaxının məşhur nəsillərindən olub. Bu ailə 20-ci əsrin Bakı ziyalıları kimi çox da zəngin deyildi.

1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilib. 1930-cu ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor Georgi Şaroyevin fortepiano sinfinin tələbəsi, 1935-ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq (Leopold Rudolf) və Azərbaycan xalq musiqisinin əsasları (Üzeyir Hacıbəylinin) siniflərinin tələbəsi olub.

1937-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilib. 1938-ci ildən 1940-cı ilədək P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin (A.N.Aleksandrov) tələbəsi olub. 1941-ci ildə Bakıya qayıdaraq Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsini tutub.

1944-cü ildə Bəstakarlar İttifaqının idarə heyəti sədrinin müavini və yenidən 1946-cı ilədək Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin (Dmitri Şostakoviç) tələbəsi olub.

1946-cı ildən Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində müəllim kimi işə başlayıb. Elə həmin il Cövdət Hacıyevlə birlikdə yazılmış “Vətən” operasına görə SSRİ Dövlət mükafatı laureatı olub. SSRİ Bəstəkarlar İttifaqı təşkilatı komitəsinin üzvü seçilib. “Əməkdə igidliyinə görə” medalı ilə mükafatlandırılıb.

1948-ci ildə SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü seçilmiş, Dövlət Konservatoriyasının dosenti, “Leyli və Məcnun” simfonik poemasına görə Dövlət mükafatı laureatı olub. Azərbaycan Elmlər Akademiyasının memarlıq və incəsənət İnstitutunun musiqi bölməsinə rəhbərlik etməyə başlayıb. 1949-1953-cü illərdə Konservatoriyanın direktoru olub. 1950-ci ildə SSRİ Nazirlər Soveti yanında SSRİ Dövlət mükafatları üzrə komitənin üzvü təyin edilib. 1952-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri seçilib.

1953-cü ildə Leninqrad Dövlət Kiçik (“Malıy”) opera teatrında “Yeddi gözəl” baletinin ilk tamaşası qoyulub.

1954-1982-ci illərdə SSRİ Lenin və Dövlət mükafatları komitəsinin üzvü, 1955-ci ildə Azərbaycan SSR-in əməkdar incəsənət xadimi, 1958-ci ildə Azərbaycan SSR xalq artisti fəxri adlarını alıb.

1956-1973-cü illərdə Bəstəkarlar İttifaqının birinci katibi işləyib. 1957-ci ildə SSRİ kinematoqraf işçilər ittifaqının üzvü, “Bir məhəlləli iki oğlan” filminin musiqisinə görə birinci Ümumittifaq sovet filmləri festivalının laureatı, 1962-ci ilədək SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü olub. 1955-1976-cı illərdə IV-IX çağırış SSRİ Ali Sovetlərinin deputatı olub.

1961-ci ildə Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyniadlı əsəri əsasında yazdığı “İldırımlı yollarla” baletindən İkinci süitanın ifası ilə bağlı Los-Ancelesdə I beynəlxalq çağdaş musiqi festivalının iştirakçısı olub. Həmin il “Qırmızı Əmək Bayrağı” ordeni ilə mükafatlandırılıb.

1963-ci ildə Leninqrad Kiçik (“Malıy”) opera teatrının qastrolları zamanı Qahirədə “Yeddi gözəl” baletinin tamaşaya qoyulması ilə bağlı Misir Ərəb Respublikasında səfərdə olub. 1964-cü ildə SSRİ Böyük teatrının qastrolları zamanı “İldırımlı yollarla” baletinin tamaşaya qoyulması ilə bağlı “Varşava payızı” çağdaş musiqi festivalında iştirak edib.

1965-ci ildə “Antoni və Kleopatra” tamaşasına yazdığı musiqiyə görə M.F.Axundov adına Mukafatın laureatı, aprelin 21-i Moskvada, iyunun 2-i Bakıda Üçüncü simfoniyanın ilk ifası baş tutub.

1966-cı ildə Dirijorların İkinci Ümumittifaq musabiqəsində münsiflər heyətinin sədri olub. Sovet mədəniyyət və incəsənət ustaları arasında İspaniyaya səfər edib. Bakıda “Klassik süitanın” ilk ifası olub.

1967-ci ildə “İldırımlı yollarla” baletinə görə Lenin mükafatı və Lenin ordeni ilə təltif olunub. 1968-ci ildə aprelin 21-də Qorki (indiki Nijni Novqorod) şəhərində, aprelin 28-i Moskvada Violino ilə simfonik orkestr üçün Konsertin ilk ifaları olub.

1969-cu ildə “Yeddi gözəl” baletinin və “Leyli və Məcnun” simfonik poemasının musiqisinə balet tamaşasının göstərilməsi ilə bağlı Parisdə keçirilən ümumdünya rəqs festivalına, sovet mədəniyyət və incəssənət ustaları arasında Yaponiyaya səfər edib.

1971-ci ildə “Qoysa” filmininə yazdığı musiqi ilə bağlı çəkiliş bölüyü ilə Almaniya Demokratik Respublikasında səfərdə olub. Həmçinin həmin il Oktyabr inqilabı ordeni ilə mükafatlandırılıb.

1972-ci ildə “Varşava payızı” çağdaş musiqi festivalında və bəstəkarlar ittifaqları katibliklərinin toplantılarında keçirilən balet artistlərinin İkinci beynəlxalq müsabiqəsində münsiflər heyətinin üzvü olub.

1973-cü ildə P.İ.Çaykovski adına V beynəlxalq musiqi musabiqəsinin münsiflər heyətinin üzvü, modal musiqi məsələləri ilə bağlı Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak edib.

1976-cl ildə “Gənc bəstəkarların yetişdirilməsi” simpoziumunun işində iştirak edib. Sovet və italyan bəstəkarlarının ikitərəfli görüşündə iştirakı ilə bağlı İtaliyanın Pezaro şəhərinə səfər edib.

1978-ci ildə Sosialist Əməyi Qəhrəmanı adını alıb. Ümumdünya müəllif hüquqları agentliyi konqresinin iştirakçısı kimi Parisdə səfərdə olub. Moskva operetta teatrında “Çılğın qaskoniyalı” müziklinin ilk tamaşası qoyulub.

Q.Qarayev 1982-ci il mayın 13-də Moskvada vəfat edib.

Bakıda dəfn olunub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.