Xəbərlər

Görkəmli musiqiçi İslam Manafovun doğum günüdür
01 fevral, 2014 20:26

Bu gün görkəmli pianoçu İslam Manafovun doğum günüdür.

ERtv xəbər verir ki, İslam Manafov 1961-ci il fevralın 1-də Bakıda doğulub. 1977-81-ci illərdə A.Zeyallı adına Musiqi Akademiyasında təhsil alıb.

1979-cu ildə Azərbaycan Gənc Pianoçular Müsabiqəsinin laureatı olub.

Maestro Niyazinin dirijorluğu ilə Sergey Raxmaninovun 3 nömrəli piano konsertini ifa etdikdən sonra İ.Manafov fərqli proqramlarla dünyanın bir çox yerində, Moskvanın məşhur konsert zallarında, həmçinin Avstriya, Almaniya, Bolqarıstan, Türkiyə, Sankt-Petersburq, Tbilisi, Nijni Novqorod, Mahaçqala, Dərbənd, Belarusya, Gürcüstan və başqa ölkə və şəhərlərdə konsertlər verib.

İ.Manafov 1981-86 illər arasında Moskva Caykovski adına Dövlət Konservatoriyasında oxuyub. Burada Professorlar A.A.Nasedkin M.A.Fyodorovanın siniflərində məzun olub.

1996-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən “İlin fəal sənətçisi” adına layiq görülüb.

1997-ci ildə Minsk Festivalına, həmçinin məşhur opera ifaçısı İrina Arxipova tərəfindən Moskva Beynəlxalq Musiqi Festivalına ifaçı olaraq dəvət edilib.

Eyni zamanda, 1998-ci ildə Sergey Prokofyev, Sergey Raxmaninov, Modest Musorqski, Frederik Şopen və Aleksandr Skryabinin əsəsrlərinin çox önəmli ifalarını gerçəkləşdirib.

Maestro 2002-ci ildə İstek Vakfı tərəfindən Türkiyəyə dəvət edilib.

2002-ci ildə Turkiyənin ən prestijli konsert məkanı CRR Konsert Zalı tərəfindən 8-ci Beynəlxalq Istanbul Piano Festivalına dəvət edilib. 2005-ci ildə Yeditepe Universiteti Kamera Orkestrinin qurub.

Bədii rəhbəri və dirijoru olub. 2007-ci ildə isə bir başqa möhtəşəm zal olan Lütfi Kırdar Konsert və Sərgi Sarayında konsert verib. Elə həmin ildə Türkiyənin və Almaniyanın bir çox şəhərlərində qastrollarda olub.

2007-ci ildə isə “Gənc Orkestr” adlı orkestr yaradıb. Bu orkestrdə bir çox azərbaycanlı gənc musiqiçinin solist və ya çalışması üçün geniş imkanlar yaradıb.

İslam Manafov hazırda Baki Musiqi Akademiyasının və Yeditepe Universitetinin dosentidir. O, fəaliyyətini həm də pianoçu və dirijor olaraq davam etdirir.

Qeyd edək ki, İ.Manafov fevralın 23-də və martın 4-də İstanbuldakı Cemal Reşit Rey Konsert Salonunda və Caddebostan Kültür Mərkəzində konsert proqramları ilə çıxış edəcək. Maestro Türkiyədə yaşayan bütün həmyerlilərimizi konsertinə dəvət edir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.