Yahoo! istifadəçilərinin loqin və parolları oğurlandı
31 yanvar, 2014 11:15
Hakerlər məşhur poçt xidməti olan Yahoo! istifadəçilərinin loqin və parollarını oğurlayıblar.
ERtv RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə internet şirkətin “Tumblr” sosial şəbəkəsindəki bloqunda məlumat verilir.
Bəyanatda hakerlərin bir-biri ilə əlaqəli şəkildə servisə hücum etdiyi bildirilir, lakin zərərçəkən poçt akkauntlarının sayı açıqlanmır. Məlumata görə, hücum üçün istifadə olunan loqin və parollar Yahoo! sistemindən deyil, başqa bir təşkilatın məlumat bazasından oğurlandığı ehtimal edilir.