Xəbərlər

Hava ilə əlaqədar qatarların hərəkətində heç bir problem yoxdur
31 yanvar, 2014 11:10

Qarlı-şaxtalı hava şərati Azərbaycan Dəmir Yollarının işinə təsir etməyib.

ERtv-yə bu barədə “Azərbaycan Dəmir Yolları”nın mətbuat katibi Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, səhər saatlarında infrastruktur departamenti yollara baxış keçirib, bütün rabitə siqnalizasiya sitemləri yoxlanılıb, heç bir problem yoxdur.

“Bakıya gələn Astara, Qazax, Moskva qatarları artıq qrafik üzrə çatıb. Balakən, Böyük Kəsik , Tiflis qatarları da yoldadır. Heç bir gecikmə qeydə alınmır”.

Bildirək ki, qarlı hava şəraiti davam edəcək, çovğun olacaq.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bu gün Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Məlumata görə, güclü şimal küləyi əsəcək. Çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.
Havanın temperaturunun 1-3 dərəcə şaxta olacağı gözlənilir.

Azərbaycanın rayonlarında arabir qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı, yolların buz bağlayacağı gözlənilir. Güclü şimal küləyi əsəcək. Bəzi rayonlarda çovğun olacağı ehtimalı var.

Havanın temperaturunun 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 15-20, 2-7 dərəcə şaxta olacağı gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlığa görə, yanvarın 31-də çox əlverişsiz, güclü küləkli, şaxtalı və qarlı hava şəraitində, eləcə də fevralın 1 və 2-də gecə saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.