Xəbərlər

Qənirə Paşayeva AŞPA-da Ermənistan nümayəndə heyətinə sərt cavab verib
29 yanvar, 2014 13:31

Millət vəkili Qənirə Paşayeva AŞPA-nın qış sessiyasında çıxışı zamanı qurumu Ermənistana təzyiq etməyə çağırıb.

ERtv xəbər verir ki, millət vəkili Avropada rasizmin, nifrət və tolerantsızlığın artması mövzusu ətrafında məruzəçi Gunnarsın hazırladığı qətnamə layihəsi ilə bağlı çıxış edib.

Q.Paşayeva müzakirə edilən mövzunun Avropanın və ümumiyyətlə dünyanın bu günü və gələcəyi üçün çox vacib və əhəmiyyətli olduğunu deyib:

“Rasizmin, nifrət duyğularının, tolerentsızlığın artması bizi ciddi narahat etməli və onun qarşısının alınması istiqamətində üzv ölkələr və Assambleya daha çox işlər görməlidir. Mən özüm bu cür hallardan əziyyət çəkən bir ölkənin vətəndaşıyam.

Rasizm və tolerantsızlığın yaxın tariximizdə nələrə səbəb olduğunu dostlarımızın daha yaxşı anlaya bilməsi üçün qeyd etmək istərdim ki, məhz Ermənistan dövlətinin apardığı siyasət, bu ölkədə təhsil və kütləvi informasiya vasitələri ilə siyasətçilərin gənc nəsillərdə azərbaycanlılara qarşı yaratdıqları rasizm, nifrət və tolerantsızlığın nəticəsi idi ki, 1988-ci ildə Ermənistan dövləti etnik təmizləmə siyasəti apararaq 100 minlərlə azərbaycanlını Ermənistandan, öz ata-babası torpaqlarından zorla qovaraq qaçqın həyatı yaşamağa məhkum etdilər.

Bundan sonra isə Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edərək 20 mindən çox azərbaycanlını qətlə yetirdi, Xocalı şəhərində dinc azərbaycanlılara qarşı dəhşətli soyqırım həyata keçirdirlər. 1 milyona yaxın azərbaycanlı 20 ildən artıqdır ki, məcburi köçkün həyatı yaşayır”.

Millət vəkili qeyd edib ki, Ermənistan AŞPA-nin 1416 saylı qətnaməsinə baxmayaraq onların öz evlərinə dönməsinə imkan vermir.

Xocalı soyqırımından danışan Q.Paşayeva deyib ki, AŞPA bu cür insan haqları pozuntusuna susmamalıdır. Millət vəkili Assamleyada Azərbaycan və Azərbaycan prezidenti haqqında yalan məlumatlar verən və böhtan dolu çıxış edən Ermənistan nümayəndə heyəti üzvlərinə çıxışı zamanı sərt cavab verib:

“Ermənistan nümayəndə heyəti öz ölkəsində rəsmi İrəvandan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyi tələb edən 1416 saylı AŞPA qətnaməsinin yerinə yetirilməsinə çalışmaqdansa, Avropa Şurası millət vəkillərinə doğru olmayan məlumatlar verir, böhtan çıxışlar edirlər.

Biz az əvvəl çıxış edən Ermənistan millət vəkili Zöhrabyan Azərbaycanla bağlı xüsusilə Azərbaycan prezidenti ilə bağlı tamamilə yalanlanlarla dolu fikirlər səsləndirdi ki, sizin hər biriniz onun yalan olduğunu qısa zamanda araşdıra və görə bilərsiniz.

Mən sadəcə bir neçə fakt səsləndirmək istəyirəm. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasına, 1 milyon azərbaycanlı qaşqın və məcburi köçkünün hələ də öz evinə dönə bilməməsinə baxmayaraq bu gün də Azərbaycanda minlərlə erməni kökənli insanlar yaşayır.

Siz öz səfəriniz zamanı onlarla görüşə, söhbət edə və onlara qarşı azərbaycanlıların hər hansı mənfi addımlar atmadığını görə bilərsiniz. Amma gəlin baxaq, Ermənistanda vəziyyət necədir. Bu gün Ermənistanda azərbaycanlılar yaşamır. Çünki onlar Ermənistanda aparılan etnik təmizləmə nəticəsində tamamilə qovulublar.

Öz torpaqlarından qovulan bu insanlar qaçqına çevrildilər. Təəssüf edirəm ki, Ermənistandan olan millət vəkilləri Assambleyaya doğru olmayan məlumatlar verirlər və bunula da gərginliyin daha da artmasına səbəb olurlar və siz onları bu addımlardan əl çəkməyə çağırmalısınız”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.