Hər kəsi “Leyla və Məcnun” sürprizi gözləyir
29 yanvar, 2014 13:29
TRT 1-də ötən yayım mövsümünün sonunda yayımdan qaldırılan “Leyla ile Mecnun” serialının göstərilməyən bölümü ekrana çıxacaq.
Ekranın fenomeni olan serialın TRT1 kanalında 103 bölümü yayımlanandan sonra ötən mövsümün sonunda yayımdan qaldırılması ilə bağlı ani qərar verilmişdi.
İndi “Leyla ile Mecnun” TRT üçün çəkilən, amma yayımlanmayan yeni bölümü ilə (104-cü bölüm) TRT1 kanalında çərşənbə gecəsi saat 00.45-də (Türkiyə vaxtı ilə) yayımlanacaq.
Kanal artıq bölümün tanıtım fraqmentini də yayımlayıb.