Suriyada Şəkidən olan azərbaycanlı döyüşçü öldürülüb
29 yanvar, 2014 13:26
Suriyada daha bir azərbaycanlı öldürülüb.
ERtv-nin APA-a istinadən verdiyi xəbərə görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.
Məlumata görə, “Zübeyr Azəri” kimi təqdim olunan azərbaycanlı döyüşçü Suriyada hökumət qüvvələri tərəfindən öldürülüb. Onun kimliyi açıqlanmasa da, Azərbaycanın Şəki rayonundan olduğu bildirilir.
Öldürülən azərbaycanlının fotosu da yayılıb.
Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu sosial şəbəkələrdə yayılıb.