Azərbaycanda Aİ-92 və Aİ-95 benzinlərinin idxalı gömrük rüsumundan azad edilib
29 yanvar, 2014 13:20
92 və 95 oktan ədədli mühərrik benzini markalarının idxalı gömrük rüsumundan azad edilib.
ERtv-nin Nazirlər Kabinetinin qərarına istinadən verdiyi xəbərə görə, əvvəlcə bu məhsullar üzrə rüsum dərəcəsi 15 faiz təşkil edib.
Nazirlər Kabinetinin qərarına əsasən, həmçinin həmin mal mövqelərinin aksiz dərəcələri 1 tona görə 250 dollardan 1 dollara azaldılıb.
Bu qərar imzalandığı gündən qüvvəyə minib və 2014-cü il iyunun 1-dək qüvvədədir.