Meksikada qripdən ölənlərin sayı 135 nəfərə çatdı
28 yanvar, 2014 16:30
Bu il yanvar ayının 23-nə qədər Meksikada 130 nəfərdən artıq insan qrip epidemiyasından həyatını dəyişib.
ERtv RİA Novostiyə istinadən xəbər verir ki, bu haqda yerli səhiyyə orqanları məlumat yayıb.
Bu ayın 16-na qədər ölənlərin sayı 32 nəfər idisə, bir həftə ərzində 322℅-ə çatıb.
Ən çox ölüm halları Aşağı Kaliforniya ştatında (21), ölkənin federal bölgəsində (13) və İdalqo ştatında (12) baş verib.
İlk dəfə bu virus 2009-cu ildə aşkar olunub və “donuz qripi” adlandırılıb. H1N1 virusu tipinə uyğun olan virus genetik baxımdan daha çox donuz qripi virusuna bənzəyir. İlk dəfə Meksikada qeydə alınan donuz qripi qısa vaxt ərzində bir çox ölkədə yayılıb.