Xəbərlər

Görkəmli aktrisa Ofeliya Aslanın doğum günüdür
27 yanvar, 2014 17:37

Bu gün görkəmli kino və teatr aktrisası Ofeliya Aslanın doğum günüdür.

ERtv xəbər verir ki, Ofeliya Aslan 1939-cu il yanvarın 27-də Bakıda, görkəmli aktyor Rza Əfqanlının ailəsində doğulub.

1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Musiqili Komediya aktyoru” fakültəsini bitirib. 1963-cü ildən Musiqili Komediya Teatrında əvvəl xor artisti, sonra isə aktrisa işləyib. Uzun müddət fasilədən sonra 1997-ci ildən yenidən teatra qayıdıb.

O.Aslanın ilk rolu “Durna” komediyasında Lalə obrazı olub. Bundan sonra aktrisa get-gedə püxtələşərək, “Beşmanatlıq gəlin”də Gülnaz, “Arşın mal alan”da Telli, “Hicran”da Çarleston, “Axırı yaxşı olar”da Dilbər, “Bankir adaxlı”da Səmayə və başqa rolları canlandıraraq tamaşaçıların rəğbətini qazanıb.

O.Aslan keçmiş SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olub. Moskvanın Operetta teatrında tamaşaya qoyulmuş R.Hacıyevin “Mama, ya jenyus” əsərində Bibixanım rolunda çıxış edib.

Sevilən sənətkar 2010-cu il mayın 18-də Bakıda vəfat edib.

O.Aslan Azərbaycanın korifey sənətkarı Siyavuş Aslanın keçmiş həyat yoldaşı olub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.