10-13 fevral tarixlərində Kanadanın Vaterloo Universitetinin bir qrup professoru və universitetə qəbul üzrə məsul şəxsləri Azərbaycana səfər edəcəklər.
ERtv Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, səfər çərçivəsində Bakının bir neçə orta məktəblərində riyaziyyat fənni üzrə seminarlar təşkil ediləcək, şagirdlərə riyaziyyat və
kompüter elmləri sahəsində uğurlu karyera haqqında məlumat veriləcək.
Bununla yanaşı, riyaziyyat fənninin müxtəlif sahələrində mövcud olan maraqlı problemlər və onların həlli barəsində fikir mübadiləsi aparılacaq.
Vaterloo Universitetinə sənəd vermək istəyən abituriyentlər http://www.ouac.on.ca internet saytı vasitəsilə müraciət edə bilərlər.
Saytda qeydiyyatdan keçmiş və qəbul üçün tələb olunan sənədləri (orta məktəb qiymətləri, ingilis dili sertifikatı) təqdim edən abituriyentlərə Bakı Təhsil Məlumat Mərkəzində (C. Cabbarli kuc-40)
Vaterloo Universitetinə qəbul kağızı veriləcək.
İngilis dili üzrə TOEFL və ya İELTS imtahan nəticəsi olmayan abituriyentlər üçün Vaterloo Universitetinin ingilis dili testi pulsuz təqdim ediləcək. Qeyd edək ki, abituriyentlər daha geniş məlumat almaq üçün [email protected] e-mail ünvanına müraciət edə bilərlər.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı