Xəbərlər

10 yaşında məcburi ərə verilən qızın həyat hekayəsi
27 yanvar, 2014 17:31

Aləmsah Hebrekidanın uşaqlıq zamanlarına son qoyulanda cəmi 10 yaşı var idi.

“Mən həyətdə oynadığım vaxt anam çağırıb dedi ki, səni ərə veririk.

ERtv xəbər verir ki, bundan sonra həyatım həmişəlik dəyişdi. İki aydan sonra 16 yaşlı oğlanla toyum oldu” - deyə qadın Daily Mail-lə müsahibəsində söyləyib.

Onun sözlərinə görə, bu qərara onların valideynləri gəlib. Onu ərə verdikləri oğlanın da evlənmək istəyi yox idi. Toya qədər onlar bir-birini tanımayıb.

“Məni məktəbdən çıxardılar bütün günü odun qırır, su daşıyır, ərimə yemək bişirirdim,13 yaşında hamilə qaldım və oğlum oldu ”- deyə  Hebrekidan söhbətində qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər il 14.2 milyon qız 15 yaşına qədər ailə qurmağa məcbur edilir.

Belə hallar daha çox Hindistan, Yaxın Şərq və Afrika ölkələrində baş verir.  

Qadının sözlərinə görə, hamiləlik dövrü çox ağır keçib. 1989-cı ildə Efiopiyada Vətəndaş müharibəsi başlayıb və əri həlak olub.

Qucağında bir aylıq körpə olsa da, özü hələ uşaq olan bu qadın insan alverçilərinin  asan şikarına çevrilir və Misirdə qul bazarında satılır, uşaqlarını isə valideynlərinin himayəsinə verir.

3 ildən sonra o, çox böyük çətinliklərə baxmayaraq, əsirlikdən qaçib Britaniyaya gəlir.

Erkən yaşda ailə quran qızlar psixoloji ciddi problemlərlə qarşılaşır və təcavüz riskinə məruz qalır. BMT-nin məlumatına görə, onların çoxu doğum zamanı, yaxud ondan sonrakı ağırlaşmalardan həyatını itirir.

İndi Aləmsah Hebrekidanın 38 yaşı var Londonda yaşayır və öz yaratdığı QHT-də işləyir. Bu təşkilatın məqsədi erkən nikahın qurbanı olan qadınlara yardım göstərməkdir. Oğlunun 25 yaşı var nənəsi və babası ilə yaşayır. Qadının sözlərinə görə o, hələ də ata-anasını bağışlamayıb.  

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.