2013-cü ildə Azərbaycanda 1 619,2 kq qızıl hasil olunub.
ERtv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da əvvəlki illə müqayisədə 3,6 % artım deməkdir.
Həmçinin ötən ildə gümüş istehsalında 0,7% artım qeydə alınıb və istehsal 630 kq-a çatıb.
Hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış “Production Sharing Agreement” tipli müqavilə çərçivəsində “Gədəbəy” və “Qoşa” yatağından hasil olunur.
Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur.
Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanıb.
Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl, 2,5 min ton gümüş və 1,5 min ton mis hasilatı planlaşdırılır.
İlk qızıl və gümüş 2009-cu ilin mayında “Gədəbəy” yatağından hasil edilib.
Qeyd edək ki, 2012-ci ildə yataqda 50,215 unsiya və ya 1 ton 562 kq qızıl hasil olunub. Bu yataqdan hasil edilən gümüş isə 20,133 unsiya təşkil edib.
“Anglo Asian Mining PLC” şirkəti 2013-cü il üçün “Gədəbəy” qızıl yatağından 60 000 unsiya və ya 1 ton 866 kq qızıl hasil etməyi hədəfləyir.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı