Xəbərlər

Şair-rəssamın möhtəşəm sərgisi keçirilib
25 yanvar, 2014 17:40

Görmədiyi yerləri çəkən və getmədiyi yerləri yazan şair-rəssamın möhtəşəm sərgisi keçirilib.

Yanvarın 24-də Art qalereyanın sərgi salonunda millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi  “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin Azərbaycan Rəssamlar İttifaqı ilə birgə şair-rəssam Adil Mirseyidin rəsm əsərlərinin  sərgisini keçirib.

Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri  Fərhad Xəlilov tədbiri açaraq Adil Mirseyidin bənzərsiz yaradıcılığını təqdir etdi: «Belə bir tədbirin düzənlənməsinə təşəbbüs göstərdiyinə görə millət vəkili Qənirə Paşayevaya minnətdarlığımı bildirirəm. Sənət adamları həmişə diqqət və qayğıya həssas olurlar.

Dövlətin və qədirbilən insanların yaradıcı şəxslərin yanında olması onların yaradıcılığına xüsusi stimul verir. Hesab edirəm ki, Qənirə xanımın təşəbbüsü ilə 2-ci dəfə keçirilən bu sərgi Adil Mirseyidə də yaradıcılıq imkanlarının toparlanması üçün yeni bir mərhələ olacaq." Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva mərasimdə çıxış edərək dedi: "Fərhad müəllim sizin simanızda Rəssamlar İttifaqına təşəkkür edirəm ki, rəhbərlik etdiyim təşkilatın bu təşəbbüsünə dəstək verdiniz, ən böyük təşəkkür isə təbii ki, bugünki tədbirin qəhrəmanı, dəyərli şair-rəssam Adil Mirseyid qardaşımıza düşür.

Çünki o, hər zaman öz gözəl rəsm əsərləri və şeirləri ilə zövqümüzü oxşamaqla bərabər, gerçək sənətə xidmət edir. Sənət adamlarına mənəvi dəstək olmaq hər bir insanın şərəf işidir. Təbii ki, Azərbaycanda dövlət səviyyəsində həmişə istedadlı insanlara xüsusi diqqət olub. Bu ənənə yenə də davam etdirilir.

Eyni zamanda millət vəkillərinin, ziyalıların, iş adamlarının hər zaman sənət adamlarının yanında olması vacibdir. Dünya şöhrətli Vulf deyirdi ki, mən zəif adam deyiləm, ancaq potensial imkanlarımı ifadə edə bilmək üçün mənə kömək lazımdır. Doğrudan da belədir. Sənətin dili həmişə dünyanın hər yerində anlaşılan dil olub. Adil Mirseyidin həm şeirlərində, həm də rəsm əsərlərində bu cəhət özünü xüsusilə büruzə verir. Belə insanlara qarşı həssas olmalıyıq. Əsl sənətkar bütün dövrlər üçündür. Çox-çox əsrlər öncə yaşamış yüzlərlə sənətkar var ki, bu gün də yaşayır və bəşəriyyətə xidmət edirlər.

Adil öz yaradıcılığı ilə o böyük insanlara sadiqdir. Bu sadiqlik onun şeirlərində və rəsm əsərlərində öz ifadəsini tapıb". Millət vəkili rəssamın heç bir zaman görmədiyi halda çəkdiyi İstanbul əsərindən ayrıca bəhs edərək rəhbərlik etdiyi təşkilatın onun Türkiyəyə səyahətinə hər cür dəstək verəcəyini də vurğuladı: "Adil həmişə İstanbulu duyğularında yaşadıb, o yerləri xəyalən gəzib-dolaşıb. Gedib o yerləri canlı olaraq görmək isə onun haqqıdır." 

Rəssamın bir neçə əsərini alaraq özünün şəxsi kolleksiyasına daxil etmək niyyətində olduğunu deyən millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva  hər kəsi Adil Mirseyidin əsərlərini almağa çağırıb və bildirib ki, bu əsərlərdən alan insanlar heç zaman peşman olmayacaqlar. Çünki evlərində, ofislərində gerçək bir sənət əsəri olacaq ki, bu da hər cür bər-bəzək əşyasından daha qiymətlidir.

Millət vəkili Aydın Mirzəzadə, professor Elçin İsgəndərzadə, TUSİAB-in baş katibi Yasin Göral da öz çıxışlarında A.Mirseyidin bənzərsiz yaradıcılığında söz açdılar. Yasin Göral Adil Mirseyidin Türkiyəyə səfər etməsi üçün imkanlarının əsirgəməyəcəyini, bu işdə rəssamın və Qənirə xanımın yanında olacaqlarını  vurğuladı. Tədbirin sonunda çıxış edən şair-rəssam Adil Mirseyid də Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilova və millət vəkili Qənirə Paşayevaya ona gösrətikdiləri diqqətə görə minnətdarlığını bildirdi: "Sağ olun ki, məni duyğulandırdınız. Sənətkar məsuliyyəti deyilən məfhumu bir daha düşüncəmə qaytardınız. Çalışacağam ki, sənətimə, xalqıma və sizlərə layiq olan yeni əsərlərlə görüşünüzə gəlim."

Sonra sərgiyə gələn çoxlu sayda sənətsevərlər rəssamın əl işləri ilə tanış oldular və Adil  Mirseyid rəsm əsərlərini sənətsevərlər üçün imzaladı. 3 gün davam edəcək və "satış-sərgi” janrında keçirilən  tədbir xeyriyyə  xarakteri daşıyır.  Beləki Adil Mirseyidin səhhətində uzun müddətdir davam edən problemlər onun uzunmüddətli ciddi müalicə almasını zəruri edib və bu səbəbdən “satış-sərgi”dən əldə edilən vəsait onun tədbirdə iştirak edən ailə üzvlərinə  təhvil verilib ki, sənətçinin müalicəsi prosesinə bir dəstək olsun. Qeyd edək ki, sərgi 3 fün davam edəcək və arzu edənlər sərgi ilə tanış ola və şair-rəssam Adil Mirseyidin əsərlərini alaraq öz şəxsi kolleksiyasına daxil edə bilərlər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.