Kiyevdə odlu silahla vurulan milisin cəsədi tapıldı
25 yanvar, 2014 17:28
Cəsədi tapılan 27 yaşlı şəxs Qoloseev rayon milis idarəsinin dövlət mühafizə xidmətinin baş serjantı olub.
ERtv İTAR TASS-a istinadən xəbər verir ki, baş serjantın şənbə günü odlu silahdan vurulduğu ehtimal olunur.
Onun cəsədi hadisə yeri yaxınlığındakı tikinti sahəsində işləyən gözətçilər tərəfindən tapılıb. Hadisənin şahidləri qətl törədilən yerdən iki nəfərin qaçdığını görüb milisə xəbər verib. Bundan sonra ölən şəxsin kimliyi müəyyən olunub.
Ehtimala görə, o, silahsız olub. İşdən çıxıb “Berkut” xüsusi təyinatlı dəstə üçün nəzərdə tutulan yataqxanaya gedirmiş.
Cinayət yerində hazırda istintaq-əməliyyat qrupu araşdırma aparır.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı