Xəbərlər

Özəlləşdirilmiş 93 müəssisəyə 882 milyon manat investisiya qoyulub
25 yanvar, 2014 17:23

1 yanvar 2014-cü il tarixinədək keçirilmiş investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilmiş 93 dövlət müəssisəsinə 882 milyon manatdan artıq həcmdə investisiya yatırılıb.

ERtv Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, bu müəssisələrdə 16 500-dən artıq iş yeri yaradılıb.

Həmin müəssisələrdən dövlət büdcəsinə 54 milyon manata yaxın məbləğdə pul vəsaiti ödənilib.

“Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət

Proqramı”na uyğun olaraq, 2013-cü ildə ümumilikdə kiçik özəlləşdirmə formasında 700-ə yaxın dövlət müəssisə və obyekti, 720-dən çox obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib.

Səhmlərin satışı üzrə keçirilmiş pul hərraclarında 41, ixtisaslaşdırılmış pul hərraclarında 5, investisiya müsabiqələri vasitəsilə isə 3 səhmdar cəmiyyətinin səhmləri satılıb.

Hesabat ilində investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə müqavilələr üzrə müsabiqə qalibləri tərəfindən 57 milyon manat məbləğində investisiya qoyulub.

Əvvəlki dövrlərdə investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilmiş və müqavilə öhdəliklərini icra etmiş 7 dövlət müəssisəsi üzrə mülkiyyət hüququ alıcılara keçib.

Özəlləşdirmə nəticəsində 2013-cü ildə dövlət büdcəsinə ümumilikdə 35 milyon manatdan çox pul vəsaitinin ödənilməsi təmin olunub.

Kiçik dövlət müəssisələrinin satışı üzrə respublikanın şəhər və rayonları üzrə keçirilmiş 180-dən çox hərracda 520-ə yaxın əmlak satılıb.

Dövlət mülkiyyətinə keçən əmlakın satışı üzrə keçirilmiş 7 hərracda 120-dən çox əmlak satılaraq dövlət büdcəsinə 48 800 manatdan çox pul vəsaiti ödənilib.

Səhmdar cəmiyyətlərinin səhmlərinin ixtisaslaşdırılmış pul hərracından, səhmdar cəmiyyətləri və kiçik dövlət müəssisələrinin güzəştli satışından 278 428 manatdan çox vəsaitin, dövlət nəfinə müsadirə olunmuş əmlakın satışından 48 809 manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.