Xəbərlər

Ötən il sahibkarlara 275 milyon manat güzəştli kredit verilib
24 yanvar, 2014 17:20

2013-cü ildə 4468 investisiya layihəsinin maliyyələşdirilməsinə 275 milyon manat güzəştli kredit verilib.

ERtv xəbər verir ki, bu barədə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Yardımlıda bildirib.

O qeyd edib ki, bu kreditlər hesabına 12 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Onun sözlərinə görə, 2013-cü ildə Lənkəran iqtisadi rayonunda heyvandarlıq, quşçuluq, bağçılıq, tərəvəzçilik, istixana təsərrüfatlarının yaradılması, tikinti materiallarının istehsalı və s. investisiya layihələrinin maliyyələşdirilməsinə 21,6 milyon manat güzəştli kredit verilib:

“Bu kreditlərin reallaşdırılması 1200-ə yaxın yeni iş yerinin açılmasına imkan verir”.

Daha sonra Fond tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə Yardımlı və ətraf rayonlarda fəaliyyət göstərən 26 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 2,8 milyon manat güzəştli kreditin verilməsi barədə qərar qəbul edildiyi sahibkarların diqqətinə çatdırılıb.

Bu kreditlər əsasən, heyvandarlıq, quşçuluq, istixana təsərrüfatlarının yaradılması və s. sahələrin inkişafına yönəldiləcək.Bildirilib ki,  bu layihələrin reallaşdırılması 100-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradacaq.

Tədbir çərçivəsində Masallı rayonunda güzəştli kredit ayrılmış ildə 650 ton tərəvəz məhsulları istehsal etmək gücünə malik müasir istixana təsərrüfatında aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.