Azərbaycan ilə “Hewlett-Packard” şirkəti arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olunub
23 yanvar, 2014 22:07
Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Hewlett-Packard” şirkəti idarə heyətinin üzvü xanım Ann Livermor ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə “Hewlett-Packard” şirkəti arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi. Azərbaycanda həyata keçirilən Ümumistifadəli Data Mərkəzinin və digər layihələrin icrasında “Hewlett-Packard” şirkəti ilə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.