Xəbərlər

Davosda “SOCAR - Azərbaycanın enerjisi” adlı Azərbaycan gecəsi keçirilib
23 yanvar, 2014 22:05

Yanvarın 22-də Davosda “SOCAR - Azərbaycanın enerjisi” adlı Azərbaycan gecəsi keçirilib.

ERtv xəbər verir ki, gecədə minədək şəxs iştirak edib.

Mərasimdə çıxış edən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Davos Forumunun strateji tərəfdaşı olan SOCAR-ın artıq dünya şirkətinə çevrildiyini bildirib.

R.Abdullayev qeyd edib ki, şaxələndirilmiş neft-qaz kəmərləri sisteminə malik olan Azərbaycan hazırda 30-dan çox ölkəyə neft-qaz məhsulları ixrac edir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır:

“Ötən ilin sonunda Bakıda “Şahdəniz-2” üzrə yekin investisiya qərarının imzalanması bunu bir daha təsdiqləyir”.

Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger sürətli inkişaf yolu keçən Azərbaycanda neft sənayesinin tarixindən danışıb, Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasında Azərbaycanın mühüm rolu olduğunu bildirib.

G.Ottinger zəngin mədəniyyətə malik Azərbaycanda 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarının mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.

Qeyd edək ki, “SOCAR - Azərbaycanın enerjisi” adlı Azərbaycan gecəsi Davosda artıq üçüncü dəfədir ki, təşkil olunur.

Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirin məqsədi Azərbaycanın dünyada daha yaxşı tanıdılması və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dünya biznes aləminə geniş miqyasda təqdim edilməsidir.

İqtisadi Forumun keçirildiyi günlərdə Davosun müxtəlif yerlərində Azərbaycanın və SOCAR-ın nailiyyətlərindən bəhs edən çoxsaylı reklam lövhələri və banerlər nümayiş etdirilib.                               

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.