Xəbərlər

Kino və teatr aktyoru Hacı İsmayılovun doğum günüdür
22 yanvar, 2014 16:05

Bu gün xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Hacı İsmayılovun doğum günüdür.

ERtv xəbər verir ki, Hacı İsmayılov 1944-cü il yanvarın 22-də Bakıda doğulub.

 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub.

Ali təhsilini başa vurduqdan sonra Sumqayıt Dram Teatrında işləməyə dəvət alıb. 1968-ci il sentyabrın 2-də gənc truppaya daxil olub. 1970-ci il fevralın 16-dan Akademik Milli Dram Teatrında çalışıb.

Məşhur kino və teatr aktyoru Hacı İsmayılov bu iki doğma sənətdə qazandığı nailiyyətlərə görə 1989-cu il mayın 17-də əməkdar, 2000-ci il dekabrın 19-da isə xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür.

Aktyor “Azərbaycanfilm” kinostudiyasında ilk dəfə “Ad günü” filmində Mustafa rolunda çəkilib. Bu rolla böyük uğur qazanıb və dövlət mükafatı laureatı adına layiq görülüb (1980). Ona məşhurluq gətirən rollardan biri də rejissor Rasim Ocaqovun “Həm ziyarət, həm ticarət” filmində oynadığı Mustafa rolu olub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.