Xəbərlər

Meyvələrdən üç meyvə var: Xərçəng xəstəliyinə yoluxma ehtimalını azaldan meyvə - naringi!
22 yanvar, 2014 16:03

ERtv oxuculara “Meyvələrdən üç meyvə var” rubrikasından növbəti yazını təqdim edir.

Bu dəfə qış mövsümünün ən sevimli meyvələrindən biri olan naringidən söhbət açacağıq.

Naringi Azərbaycanın cənub regionunda ən çox becərilən sitrus meyvələrdən biridir. Vaxtilə cənub bölgəsində hektarlarla narıngi plantasiyası mövcud olsa da, indi bu sitrus meyvə ancaq şəxsi təsərrüfatlarda becərilir.

Bir naringinin çəkisi 50-200 q aralığında olur. Mütəxəssislərin bildirdiyinə görə, yaxşı qulluq edəndə bir ağacdan təqribən 100 kiloqrama qədər meyvə yığmaq mümkün olur.

Yaz aylarında çiçəkləyən bitki payızın son aylarında bar verir. Naringi orqanizm üçün olduqca faydalı sayılır.

Sinqa nevroz, mədə-bağırsaq xəstəliklərində, immuniteti zəif olan adamlarda, avitaminozlarda geniş istifadə olunur. Hər insan gündə heç olmasa 3-4 ədəd naringi yeməlidir. Naringinin tərkibində mineral maddələr, vitaminlər, vitamin C, su vardır.

C vitamini ilə zəngin olan naringinin xərçəng xəstəliyinə yoluxma ehtimalını azaltdığı bildirilir. Naringiyə narıncı rəng verən karotin qaraciyər, damar sərtliyi və şəkər xəstəliyinin qarşısını alır.

Naringi insanı bir çox azardan, o cümlədən piylənmədən qoruyar, şəkər xəstəliyi, insult və ürək xəstələrinə kömək edər. Bunu alimlər təsdiqləyir.

Bütün sirr bu meyvənin qabığında olan nobiletin piqmentindədir. Meyvənin özü ilə yanaşı, qabığı da çox faydalıdır. Meyvə efir yağları, A və C vitaminləri ilə zəngindir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.