Xəbərlər

ABŞ konqresmeni 20 Yanvar faciəsi ilə əlaqədar bəyanat yaydı
21 yanvar, 2014 18:07

ABŞ konqresmeni Luiza M.Sloter 1990-cı ildə Azərbaycanda baş verən 20 yanvar faciəsi ilə əlaqədar “Pax Turcica” təşəbbüsü çərçivəsində ona göndərilən məktubu cavablandırıb.

ERtv xəbər verir ki, konqresmen 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının xalq hərəkatını yatırmaq üçün Bakıya daxil olduğu haqqında ona məlumat verildiyinə görə təşəkkürünü bildirib.  

Konqresmen bildirib ki, hazırda Qara Yanvar hadisəsini qeyd etmək üçün xüsusi qanun layihəsi yoxdur. Lakin belə bir sənəd olduğu halda, konqresmen bu müraciəti də nəzərə alacaq.

Qeyd edək ki, “Pax Tutcica” təşəbbüsü Azərbaycan-Amerika Şurası (AAC) və Amerikada Azərbaycan ictimaiyyəti (ASA) tərəfindən gerçəkləşdirilir.

Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet xüsusi təyinatlı ordu dəstələrinin Azərbaycana daxil olması nəticəsində dinc əhaliyə qarşı amansız terror hadisəsi gerçəkləşdirilib, nəticədə 133 nəfər ölüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib.

Qanlı faciə sovet rejiminin totalitar mahiyyət daşıdığını bir daha sübut etdi. Burada silahlı qüvvələr xarici müdaxilədən qorunmaq üçün deyil, öz vətəndaşlarına qarşı, onların suveren hüquqları əleyhinə yönəlmişdi.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra Qanlı Yanvar hadisələri siyasi- hüquqi qiymət alıb. Lakin hadisənin günahkarları hələ də cəzasız qalıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.