Xəbərlər

Azərbaycan klubu braziliyalıları məğlub etdi
21 yanvar, 2014 18:05

"Rəvan” Braziliya klubunu uddu.

ERtv klubun saytına istinadən xəbər verir ki, mövsümün ikinci yarısına hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Rəvan” qardaş ölkədə olduğu 6-cı gündə ilk yoxlama oyununu keçirib.

İlk yarı bərabər mübarizə şəraitində keçib. Real qol vəziyyətlərinə görə rəqib üstün olub. Həmin epizodlarda da Lukaş Sapela 2 dəfə inamlı qurtarışları ilə yadda qalıb. Fasilədən sonra da azarkeşlər sərt və gərgin oyunun şahidi olublar.

Hesabı isə rəqib açıb. 69-cu dəqiqədə qol buraxan komandamız 10 dəqiqəyə görüşdə dönüş yarada bilib. Əvvəlcə 75-ci dəqiqədə cərimə meydançasında əllə oyuna görə Ömər Paşayevin tam haqlı olaraq təyin etdiyi penaltini Kamil Nurəhmədov qola çevirib. 2 dəqiqə sonra isə Ceyhun Cavadov uzaqdan baxımlı qola imza atıb.

Bu qol matçda vurulan son qol olub. Oyun 2:1 “Rəvan”-ın qalibiyyəti ilə başa çatıb.

Qeyd edək ki, “Rəvan”ın növbəti yoxlama oyunu yanvarın 22-də Rumıniya 1-ci divizion təmsilçisi “Universitatya Krayova” ilə olacaq.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.