Bu gün saat 08:00-dan Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılıb.
ERtv bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Məlumata əsasən “Mikayıl Müşfiq” küçəsi və “Hüseyn Cavid” prospektinin kəsişməsindən, “Mikayıl Müşfiq” dairəsi ilə “Mətbuat” prospektinin kəsişməsindən, “Mehdi Hüseyn” küçəsi, Teleteatr binasının qarşısından, “İzzət Nəbiyev”, “Abbasqulu Abbaszadə” küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən “Parlament” prospekti - Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkətində məhdudlaşma olacaq.
Bu 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır və mərasim bitənədək davam edəcək.