Dekabr ayında satılmış birillik bitkilərin istehsalçı qiymətləri 0,6 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,7 faiz bahalaşıb, çox illik bitkilərin istehsalçı qiymətləri isə 1,8 faiz ucuzlaşıb.
ERtv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, birillik bitkilərdən buğdanın istehsalçı qiymətlərində 0,9 faiz, qarğıdalının istehsalçı qiymətlərində 5,0 faiz ucuzlaşma, arpanın istehsalçı qiymətlərində 1,2 faiz, lobya dəninin 2,2 faiz, kartofun 3,5 faiz, baş soğanın 2,9 faiz, baş sarımsağın 0,2 faiz, göyərtilərin 0,7 faiz, quru otun 1,4 faiz, yoncanın istehsalçı qiymətlərində isə 0,8 faiz bahalaşma müşahidə olunub.
Çoxillik bitkilərdən armudun istehsalçı qiymətləri 11,6 faiz, narın 0,5 faiz, feyxoanın 8,7 faiz, şabalıdın 9,1 faiz, qozun 3,7 faiz, fındığın istehsalçı qiymətləri 1,5 faiz bahalaşıb, limonun istehsalçı qiymətləri 8,5 faiz, portağalın 12,7 faiz, naringinin istehsalçı qiymətləri isə 17,5 faiz ucuzlaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və keçilərin istehsalçı qiymətlərində 0,2 faiz, qoyun ətinin (diri çəkidə) 0,3 faiz, təbii balın istehsalçı qiymətlərində 0,3 faiz ucuzlaşma, südün istehsalçı qiymətlərində 1,1 faiz, quş ətinin (diri çəkidə) 0,3 faiz, yumurtanın istehsalçı qiymətlərində isə 6,5 faiz bahalaşma qeydə alınıb.
Ay ərzində balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 1,6 faiz bahalaşma müşahidə olunub.