"Azərbaycan yanvarın 17-də Kabildə günahsız insanlara qarşı törədilən terror aktını qəti şəkildə pisləyir".
ERtv xəbər verir ki, bu sözləri Azərbaycan XİN-nin rəsmi nümayəndəsi Elman Abdullayev deyib.
"Biz həlak olanların yaxınlarına və doğmalarına başsağlığı veririk", deyən Elman Abdullayev əlavə edib ki, Azərbaycan terrordan əziyyət çəkən bir ölkə olaraq terrorçuluğun istənilən formasını pisləyir.
Elman Abdullayev həmçinin həmin terror nəticəsində həyatını itirən, Azərbaycanın da dostu olan enerji sahəsində ekspert Aleksandros Petersenin ailəsinə və yaxınlarına başşaslığı verib.
Xatırladaq ki, yanvarın 17-də Əfqanıstanda restoranların birində baş verən partlayış nəticəsində son məlumatlara görə 21 nəfər həlak olub ki, onların da əksəriyyəti xarici vətəndaşlardır.