Bakıda dəhşətli qəza: Bir ailənin 4 üzvü ağır vəziyyətdədir
19 yanvar, 2014 22:33
Qaradağ rayonu Sahil qəsəbəsində dəhşətli avtmobil qəzası baş verib.
ERtv ANS PRESS-ə istinadən xəbər verir ki, Sahil qəsəbəsində iki minik avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilinin içində olan Əsədovlar ailəsinin dörd üzvü ağır bədən xəsarətləri alıb.
Yaralılar Bakı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir. Qəza zamanı xəsarət alan, 16 yaşlı Mehri Əsədov, 47 yaşlı Mahir Əsədov, 21 yaşlı Səbayıl Əsədov, 26 yaşlı Tofiq Əsədovdur.