Xəbərlər

Bakıda Beynəlxalq Gimnastika Federasiyası Akademiyasının məşqçi kursları keçirilir
15 yanvar, 2014 09:44

Bakıda Beynəlxalq Gimnastika Federasiyası Akademiyasının (FIG) bədii gimnastika üzrə məşqçi kursları təşkil olunub.

ERtv Azərbaycan Gimnastika Federasiyasının saytına istinadən xəbər verir ki, kurslara yanvar ayının 11-də start verilib və bir həftə müddətində davam edəcək.

Sonuncu dəfə belə kurs keçən ilin yanvar ayında təşkil olunmuşdu.

Həm nəzəri, həm də təcrübi seminarların keçiriləcəyi kursda 16 məşqçinin iştirakı nəzərdə tutulur. Mütəxəssislərdən ikisi Bolqarıstan, biri Avstriya, digərləri isə Azərbaycandan olan məşqçilərdir. Seminarın nəticələri nəzərə alınmaqla imtahan keçiriləcək və yüksək göstəriciləri olan iştirakçılar ikinci mərhələyə buraxılacaq. Xalların 65 faizini toplayan məşqçilər kursun üçüncü mərhələsində iştirak edəcək.

Almaniyadakı kursların rəhbəri Katya Klaynvelt FİG-in ekspertləri sırasına daxildir. Böyük Britaniyadan ekspert qismində Nadya Aleksandrova, Rusiyadan Nataliya Qorbulina, Norveçdən Lasse Nettum çıxış edəcək.

Klaynveltin sözlərinə görə, Bakıda seminarın keçirilməsi üçün ideal şərait yaradılıb. Kursların təşkilində məqsəd bədii gimnastikanın tədrisi metodikasını dünya səviyyəsinə yüksəltməkdir. Bu kursu bitirən məşqçilər artıq Azərbaycanda da fəaliyyət göstərir. Ekspertin fikrincə, Azərbaycanda bədii gimnastika kifayət qədər yüksək inkişaf edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.